Qarşıdan gələn 40 il ərzində bütün dünyada müharibələr yarı yarıya azalacaq. Ən böyük azalma da Yaxın Şərqdə yaşanacaq. SİA-nın xarici mətbuata əsasən verdiyi məlumata görə, bu araşdırma ölkələrin tarixi problemləri, iqtisadiyyat, əhali artımı və körpə ölümləri kimi statistik məlumatlar əks olunan xüsusi bir proqramda göstərilib.
1992-ci ildə dünyadakı hər 4 ölkədən biri müharibə etdiyi halda, 2009-cu ildə bu nisbət hər 6 ölkədən birinə düşüb. Bəzi araşdırmalara görə, 2050-ci ildə dünyadakı hər 12 ölkədən birində silahlar "danışacaq". Xüsusilə, Suriya, İraq, Liviya, Mavritaniya, Seneqal və Fil dişi sahillərində davam edən müharibə və qarşıdurmalar qarşımızdakı 5 il ərzində sona çatacaq. Növbəti 40 il ərzində müharibə riskinin ən çox olduğu ölkələr - Türkiyə, Əlcəzair, Kolumbiya və Taylanddır. Ancaq araşdırmalar hər ölkə üçün ürəkaçan nəticələr verməyib. Qarşıdakı 5 il ərzində Efiopiya, Filippin və Uqandada müharibə olma ehtimalı xeyli yüksəkdir. 2050-ci ilə qədər Hindistan, Sudan, Efiopiya və Tanzaniya kimi ölkələrdə də qarşıdurmanın baş verəcəyi qeyd olunub.
Məlumat üçün bildirək ki, bütün bu araşdırmalar Oslo Universitetində qeydə alınıb.
Yeganə Süleymanzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB