Ya “dərin dövlət”, ya MOSSAD, ya da CIA!

Ya “dərin dövlət”, ya MOSSAD, ya da CIA!

ABŞ-ın keçmiş kəşfiyyatçısı Wayne Madsen ölümü ilə əlaqədar istintaqı başlanan Türkiyənin VIII prezidenti Turqut Özalın MOSSAD ya da CIA tərəfindən "tibbi sui-qəsd" nəticəsində öldürüldüyünü iddia edib. Madsen "MEDINT" adlanan tibbi kəşfiyyatın MOSSAD və CIA tərəfindən çox inkişaf etdirildiyini bildirib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, kəşfiyyatçı deyib ki, "MEDİNT"-in məlumat bankında bütün xarici liderlər haqqında tibbi məlumatlar toplanıb və istənilən an istifadəsi ölümlə nəticələnən maddələrlə sui-qəsd təşkil olunan bilər. Fələstinin keçmiş prezidenti Yaser Ərafatın məzarının açılmasına qərar verildiyini vurğulayaraq onun da ölümündə MOSSAD-in günahkar olduğunu bildirib.

Madsen Özalın nəşində tapılan yüksək dozalı DDT, Strychine və Polonyum maddələrinin yaratdığı zəhərlənmə nəticəsində öldüyünün şübhəsiz olduğunu da bildirib: "Türqut Özal TSK və "dərin dövlət"-də, MOSSAD-da və CIA-da özünə qarşı çox sayda düşmən qazanmışdı. Son əldə olunana məlumatlarda bunu təsdiqləyir".

Bütün xəbərlər Facebook səhifəmizdə