NATO Türkiyədə batdı

NATO heyəti Türkiyədə "Patriot" raket kompleksinə yer müəyyənləşdirmək üçün hərbi ərazidə araşdırma apararkən xoşagəlməz hadisə baş verib. "İhlas" agentliyinin (İHA) yaydığı məlumata görə, heyəti daşıyan avtobus Malatya vilayəti Battalqazi rayonu Boran kəndi yaxınlığında palçığa batıb. Heyət avtobusu palçıqdan çıxarmaq üçün yaxınlıqda şəxsi təsərrüfatında traktorla işləyən fermerdən yardım istəyib. Fermer idarə etdiyi traktorla avtobusu ön tərəfdən çəkməyə çalışarkən zəncir qırılıb. Daha sonra, o, arxa tərəfdən çəkərək avtobusu batdığı palçıqdan çıxarmağa müvəffəq olub.

Bütün xəbərlər Facebook səhifəmizdə