Yeni aksiyalar başladı

Tunisdə polis Silian şəhərində nümayişi yatırmaq üçün sərt tədbirlərə əl atıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, nümayişçilər yeni iş yerlərinin yaradılmasını və ölkənin mərkəzi rayonlarına dövlətin sərmayə qoymasını tələb ediblər. Nümayişçilər yerli icra strukturunun binasını tutmağa cəhd edib. Azğın kütləni dağıtmaq üçün polis güc tətbiq edib. Nəticədə 177 nəfər yaralanıb. Onlardan 22-nin vəziyyəti ağırdır.

Xatırladaq ki, 2011-ci ilin yanvarında Tunisdə inqilab nəticəsində Zinəddin əl-Abidinin hakimiyyəti devrilmiş və Münsif Marzuki prezident seçilmişdi.

Elvin Abdulqədirov

Bütün xəbərlər Facebook səhifəmizdə