Berlində baş verən olayda İranın dövlət bayraqları cırılıb, binaya rəng atılıb
İran səfirliyinə hücum olub

Almaniyanın paytaxtı Berlində diplomatik qalmaqala səbəb olan hadisə baş verib. SİA-nın xarici saytlara istinadən verdiyi məlumata görə, naməlum şəxslər İran səfirliyinə hücum ediblər. 30-a yaxın adam diplomatik nümayəndəliyin ərazisinə soxulub, İranın dövlət bayraqlarını cırıb, binaya içi rənglə dolu flakonlar atığb.

Polis İran səfirliyinə hücum edənlərin 10-unu həbs edə bilib. Etirazçıların bu hücumu nə üçün təşkil etdiklərinin səbəbləri açıqlanmır.

Almaniyanın XİN başçısı Gido Vestervelle İran səfirliyinə hücumu pisləyib: "Baş verənlərə görə təəssüflənirəm. Biz İran səfirliyi və dicər diplomatik nümayəndəliklərini qorumaq üçün bütün tədbirləri görəcəyik".

Bütün xəbərlər Facebook səhifəmizdə