"Müsəlmanların Məsumiyyəti" filmində rol alan 7 nəfərə edam cəzası verilib
ABŞ-da iki ay öncə yayımlanan "Müsəlmanların Məsumiyyəti" filmində rol alan yeddi misirli aktyor barəsində edam cəzası verilib. Bu barədə Misirin Yerli Məhkəməsi qərar çıxarıb.
Qeyd edək ki, Seyf əl-Nasir Süleymanın hakimliyi ilə keçən məhkəmə prosesində hər bir aktyor İslam dini və Peyğəmbərini (s) təhqir etməkdə təqsirli bilinib. "Müsəlmanların məsumiyyəti" filminin rejissoru Nakoula Basseley Nakoula isə Amerika federal polis idarəsi tərəfindən həbs edilib. O, özü polis idarəsinə gedərək vergidən yayındığı üçün həbs olunmasını istəyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB