Murat Karayılan: "Silahı yerə qoymaq yox, əksinə daha çox silahlanmaq istəyirik"

PKK lideri özündən razı danışdı
Murat Karayılan: "Silahı yerə qoymaq yox, əksinə daha çox silahlanmaq istəyirik"

PKK terror təşkilatının Qəndildəki lideri Murat Karayılan Baş nazir Rəcəb Tayyib Ərdoğanın "Silahı yerə qoysalar PKK-lılar başqa ölkələrə gedə bilərlər" sözlərinə cavab verib. Silahı yerə qoymaq məsələsinin gündəmdə olmadığını bildirən M.Karayılan deyib: "Bu gün Yaxın Şərqdə çox qarışıq hadisələr baş verir, biz niyə silahı yerə qoyaq? Biz nə üçün silah aldıq? Əgər Suriya kürdləri əvvəldən yaşananları təxmin edərək silahlanmasaydı, müdafiə gücünü artırmasaydı, indi vəziyyətləri çox ağır olardı. Belə bir vəziyyətdə biz niyə silahı yerə qoyaq?".

Bunun yalnız bəzi şərtlərə əməl edilərək həyata keçirilə biləcəyini vurğulayan M.Karayılan söyləyib: "Türkiyə bu günə qədər kürdlərə təzyiq göstərmişik, zülm etmişik, gəlin, silahları yerə qoyun, problemi dialoq yolu ilə həll edək desə, biz də "hə" deyərik və problemin bu yolla həll edilməsinə razılıq verərik".

Bütün xəbərlər Facebook səhifəmizdə