Hərbi paradda iki təyyarə toqquşdu

Hərbi paradda iki təyyarə toqquşdu

Venesuellada Respublikanın Hərbi Hava Qüvvələrinin yaranmasının 92-ci ildönümü ilə əlaqədar keçirilən hərbi parada Çin istehsallı yüngülmotorlu hücum təyyarəsi K-8 qəzaya uğrayıb. Təyyarə yerə çırpılıb. Ancaq xoşbəxtlikdən hər iki pilot vaxtında katapult edə biliblər.

Pilotların axtarışı üçün Fransa istehsalı olan Cougar helikopteri yola düşüb. Lakin tapşırığı yerinə yetirərkən o da qəzaya uğrayaraq yerə çırpılıb. İlkin məlumata görə helikopterin heyəti sağdır.

Qeyd edək ki, bu Araquada Hərbi Hava Qüvvələrinin paradı ilə əlaqədar ikinci hadisədir. Ötən həftə parad üçün təlim zamanı OV-10 Bronco modeli iki yüngülmotorlu hücum təyyarəsi toqquşmuşdu. Hər iki pilot katapult edə bilmişdilər. İnstruktor isə təyyarənin yaşayış binasına tərəf hərəkət etdiyini görüb idarəetməni əlinə almış və həlak olmuşdu. Bolivarian Silahlı Qüvvələrinin baş komandanı olan Uqo Çaves həlak olmuş zabitin ailəsinə və yaxınlarına başsağlığı verib.

Bütün xəbərlər Facebook səhifəmizdə