ABŞ-ın Dövlət Departamentinin sədri fələstinlilərə yardım etməkdə ittham edildi
Amerikanın dövlət katibi və xarici işlər naziri olan Hillari Klinton məhkəməyə verilib. Buna səbəb 24 İsrail vətəndaşının Hillari Klintonu fələstinlilərə maliyyə yardımı etməkdə ittiham etməsidir.
Qeyd edək ki, həm İsrail, həm də ABŞ vətəndaşlığı olan 24 nəfərin məhkəməyə təqdim etdiyi vəsatətdə bildirilir ki, ABŞ-ın Dövlət Departamentinin sədri Hillari Klinton beynəlxalq qayda və məhdudiyyətlər olmadan Fələstin muxtariyyatını maliyyələşdirib. Fələstinə göndərilən yardımlar isə nəticədə Həmas təşkilatının əlinə keçib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB