"Range Rover"in elektrik dirəyə çırpılması nəticəsində bir nəfər xəstəxanalıq olub
Noyabrın 27-də İrəvanda avtomobil qəzası baş verib. Saat 23:00-də Paronyan küçəsində Avropa İttifaqının Ermənistandakı Nümayəndəliyinin qarşısında "Range Rover" markalı avtomobil yolun hərəkət hissəsindən kənara çıxaraq elektrik dirəyinə çırpılıb.
Ermənistanın "Aravot" qəzetinin məlumatına görə, hadisə fotoreportyor Qaqik Şamşyanın gözlərinin qarşısında olub. Şamşyan bildirib ki, qəza nəticəsində bir nəfər xəstəxanalıq olub. İlkin məlumatlara görə, avtomobildə Ermənistan prezidenti Serj Sarkisyanın qardaşı Saşik Sarkisyanın oğlu Narek olub. Qəzet onun aldığı zədənin səviyyəsini qiymətləndirməkdə çətinlik çəkib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB