Bəşər Əsəd dəstəyə görə Venesuelaya təşəkkür edib

Bəşər Əsəd dəstəyə görə Venesuelaya təşəkkür edib

Suriya prezidenti Bəşər Əsəd Venesuela hökumətinə məktub ünvanlayıb. Venesuelada səfərdə olan Suriya xarici işlər nazirinin müavini Feysəl əl-Muxdad məktubun tərkibi ilə bağlı ətraflı məlumat verməsə də, bildirib ki, məktub Venesuela hökumətinə Suriyaya göstərdiyi siyasi və iqtisadi dəstəyə görə təşəkkür olaraq verilib.

"Məktub iki ölkə arasında olan münasibətlərlə bağlıdır. Məktubun təfərrüatları ilə bağlı heç nə deyə bilmərəm. Lakin bir şey dəqiq məlumdur ki, Suriya ilə Venesuela arasında münasibətlər yaxşı inkişaf edib və buna görə biz Venesuela hökumətinə minnətdarlığımızı bildiririk. Suriyada iğtişaşlar başlayan zaman hakmiyyətin bir neçə günə devriləcəyini proqnozlaşdırırdılar. Artıq 2 ilə yaxın vaxt keçib. Suriya hakmiyyəti isə öz terrorçulara qarşı mübarizəsini davam etdirir", - deyə əl-Muxdad sözlərini ifadə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə