Amerika polisi Nümayəndələr Palatasının spikerinin qəbul otağında soyunan üç qadını saxlayıb. Associated Press-in verdiyi məlumata görə, QİÇS-ə qarşı mübarizə üzrə təşkilatın fəalları olan qadınlar soyunmaqda tibbi və reabilitasiya proqramlarına büdcədən ayrılan vəsaitin azaldılmasına etiraz ediblər.
Hadisə belə olub: Günün ortasında üç qadın spiker Con Bonerin qəbul otağına gəlib və "Biz sizə çılpaq həqiqəti göstərmək istəyirik" deyə qışqıraraq soyunmağa başlaybılar. Qadınların bədənində "AIDS cuts kill" şüarı yazılıb. Bunu "QİÇS-lə mübarizə xərclərinin azaldılması ölümə aparır" kimi tərcümə etmək olar.
Bir neçə dəqiqədən sonra qadınlar spikerin ofisinə gələn həmfikirlərinin arasında gizlənməyə çalışsalar da, polis tərəfindən saxlanılıblar. Onların işi məhkəməyə göndəriləcək və çox güman ki, cüzi məbləğdə cərimə olunacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB