Avrozonanın maliyyə nazirləri və Beynəlxalq Valyuta Fondu (BVF) Yunanıstana 2020-ci ilə qədər 43,7 milyard avro məbləğində yardım ayrılması haqqında razılığa gəliblər.
Avropa Mərkəzi Bankının prezidenti Mario Draqanın sözlərinə görə, bu qərar Avropada və Yunanıstanda qeyri-müəyyənliyi azaldacaq, qarşılıqlı etimadın möhkəmlənməsinə şərait yaradacaqdır. Yunanıstana ayrılan yardımın bütün məbləği eyni vaxtda köçürüləcəkdir.
"Agence France-Presse" agentliyinin verdiyi məlumata görə, Yunanıstanın dövlət borcunun azaldılması üçün tədbirlər görülməsi elə bir mühüm addım olmuşdur ki, bu addımın sayəsində ölkə yeni yardım partiyasını alacaqdır. Hazırda Yunanıstanın dövlət borcu onun ümumi daxili məhsulunun 144 faizi civarındadır. 2020-ci ilə qədər bu göstərici azaldılaraq 120 faizə endirilməlidir.
Onu da əlavə edək ki, Avropa İttifaqı və BVF Yunanıstana maliyyə yardımı ayırmağa hazır olduqlarını bildirirlər, çünki son iki ildə bu ölkə defolt həddindədir. Yardım müqabilində ölkə rəhbərliyindən sərt qənaət tədbirləri görülməsi və dövlət xərclərinin azaldılması tələb olunur. Digər tərəfdən xərclərin azaldılması barədə planlar əhalinin narazılığına səbəb olur, nəticədə mütəmadi olaraq protest aksiyaları keçirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB