Fələstin liderinin nəşi yenidən dəfn edildi
Fələstinin ilk rəhbəri Yasir Ərafatın nəşi ekshumasiya edildikdən sonra yenidən dəfn edilib. SİA-nın rus mətbuatına istinadən verdiyi xəbərə görə, ekshumasiya prosesi məxfi aparılıb.
Yasir Ərafatın nəşinin qəbirdən çıxarılması yerli vaxtla saat 11:00-da gözlənilsə də bu səhər saat 5-də həyata keçirilib. Yasir Ərafatının nəşinin ekshumasiyasının nəticələrinin gələn ilin yazında hazır olacağı bildirilir.
Xatırladaq ki, Yasir Ərafatın paltarından götürülmüş nümunələrdə radiaktiv maddələrin artıq olması onun zəhərlənərək ölməsi versiyasını gündəmə gətirib. Fələstinin sabiq liderinin nəşinin ekshumasiyasında əsas məqsəd də bu şühbələrin nə dərəcədə doğru olub-olmamasını aydınlaşdırmaqdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB