Fələstinin mərhum lideri Yasir Ərəfatın Ramallahdakı məzarı açılıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, jurnalistlərin prosesi müşahidə etməsinə icazə verilməyib, məzar polis tərəfindən mühafizə edilib.
Y.Ərəfatın qalıqları yaxınlıqdakı məscidə aparılıb. Orada həkimlər cəsədin qalıqlarından nümunələr götürəcək və bu nümunələr rusiyalı, isveçrəli və fransız mütəxəssislərə veriləcək. Mütəxəssislər 8 il öncə vəfat etmiş Y.Ərəfatın ölüm səbəbini araşdıracaqlar. Ruslar və isveçrəlilər Fələstin hakimiyyət orqanlarının dəvəti ilə təhqiqata qatılıblar, fransızlar isə mərhumun həyat yoldaşının təşəbbüsü ilə Fransada qaldırılan cinayət işi çərçivəsində təhqiqatda iştirak edəcəklər. Araşdırma nəticəsində Y.Ərəfatın zəhərlənib zəhərlənmədiyi müəyyənləşdiriləcək.
Y.Ərəfatın nəşi gələn həftə çərşənbə axşamı yenidən dəfn ediləcək.
Qeyd edək ki, Y.Ərəfat 2004-cü il noyabrın 11-də vəfat edib. Bu ilin yayında Qatarın "Əl-Cəzirə" telekanalı Y.Ərəfatın şəxsi əşyalarında "polonium-210" radioaktiv maddəsinin aşkarlandığı haqda xəbər yayıb. Bundan sonra təhqiqat başlanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB