Ona ad gün münasibətilə qızı ilə üçgünlük görüş verilib
Ukraynanın keçmiş baş naziri Yuliya Timoşenko bu gün 52 yaşını qeyd edəcək. O, məhkumluqda ikinci dəfədir ad gününü keçirir. Ötən il keçmiş baş nazir Kiyev istintaq təcridxanasında idi, bu isə məhkum kimi Xarkov xəstəxanasındadır. Müxalifət liderini təbrik etmək üçün həmfikirləri və tərəfdarları Xarkova getmək niyyətindədirlər. Penitensiar xidmət isə ona öz "hədiyyə"sini edib - Yuliya Timoşenkoya qızı ilə üçgünlük görüş verilib.
Penitensiar xidmət bəyan edib ki, belə görüşün mümkünlüyü qanunda nəzərdə tutulmur. Lakin Yuliya Timoşenko ad günündə qızı ilə görüşmək xahişi ilə müraciət edib və istisna hal kimi buna razılıq verilib. Görüş noyabrın 26,27 və 28-də Xarkov xəstəxanasının palatasında olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB