Suriya müxalifəti Türkiyədən silah istəyib

Suriya müxalifəti Türkiyədən silah istəyib

Muaz Əl-Hatib yaxın həftələrdə İstanbulda ofislərinin açılacağını bildirib

Suriyada qarşıdurmalar ara vermir. Paytaxt Dəməşq də daxil olmaqla Hələb, İdlib, Xama, Latakiya,Dəra,Deyr Əz Zur, Tartus, Raka, Kuneytra kimi şəhərlərində ordu və müxalifət qüvvələri arasında atışmada 64 nəfər həlak olub.

Bu arada Suriya Mili Koalisiyasının rəhbəri Müaz-əl-Hətib Türkiyə mətbuatına ilk dəfə olaraq "CNNtürk"-ə müsahibə verib. O deyib ki, Azad Suriya Ordusu üçün xüsusi silahlar istəyirik. Çünki bunu apardığımız mücadilə tələb edir. Əl-Hatib yaxın həftələrdə İstanbulda da ofislərinin açılacağını söyləyib. Muaz əl-Hətib suriyalılar üçün edilənlərə görə təşəkkürünü bildirib. "Bununla belə beynəlxalq ictimaiyyətdən həm siyasi, həm maliyyə, həm də hərbi baxımdan yardım gözləyirik. Suriyalılar iki ildir mübarizə aparır. Türkiyə, Qətər, Səudiyyə Ərəbistanı kimi ölkələr həqiqətən ciddi dəstək verir. Ancaq həm dostlardan, həm də beynəlxalq ictimaiyyətdən gözləntilərimiz daha çoxdur. Çünki ehtiyacımız çoxdur. Türkiyədəki qardaşlarımız çox əziyyət çəkdi. Biz bunu bilirik."

Müxalifət lideri ABŞ-ın onlara dəstəyinin zəif olduğunu da söyləyib. "ABŞ fəal rol oynamır".

Qeyd edək ki, Suriya birləşmiş müxalifətinin lideri Türkiyədədəir. O, prezident Abdula Gül, baş nazir Rəcəb Tayyip Ərdoğan, xarici işlər nazir Əhməd Davudoğlu ilə görüşüb.

Bütün xəbərlər Facebook səhifəmizdə