Aşura mərasiminidə güclü partlayış

Aşura mərasiminidə güclü partlayış

Pakistanda Aşura mərasimi zamanı partlayış törədilib. "Reuters"in verdiyi məlumata görə, hadisə nəticəsində 2 nəfər həlak olub, onlarla insan yaralanıb.

İlkin məlumata görə, partlayışı Darra İsmayılxan şəhərində terrorçu-kamikadze törədib. Hələ Aşura ərəfəsində elə bu şəhərdə digər bir partlayış zamanı ən azı 7 nəfər həlak olmuşdu.

Ölkə hakimiyyəti isə təhlükəsizlik tədbirləri görür. Bu məqsədlə hətta ölkənin bir sıra regionlarında mobil rabitə 2 günlük kəsilmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə