Rasulyandan çəkilməyə məcbur edilən Əsəd qüvvələri bölgənin ən böyük şəhəri olan Qamışlını itirməmək üçün bölgəyə çoxlu qüvvə toplayıb. SİA-nın verdiyi xəbərə görə, Türkiyənin Mardin bölgəsinin Nusaybin mahalının qarşısında yerləşən, kürdlərin sıx məskunlaşdığı və böyük hissəsinin PKK-nın Suriyadakı davamı olan Demokratik Birlik Partiyasının (DBP) nəzarətində olan Qamışlı mahalında nəzarəti təmin etmək üçün Suriya ordusu tərəfindən böyük bir hərbi qüvvə toplanıb.
Resulayan mahalında Azad Suriya Ordusunun (ASO) hücumları nəticəsində bu bölgəni tərk edən Əsəd qüvvələri helikopterlerin müşaiyyəti ilə minlərlə əsgər, onlarla tank, top, zirehli vasitələrlə mahalın strateji nöqtələrində nəzarəti yenidən ələ keçirmək üçün əməliyyata hazırlaşır.
Elvin Abdulqədirov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB