Misir müxalifəti "Vətənin Xilası Cəbhəsi"ni təşkil edib və tərəfdarlarını prezident Məhəmməd Mursinin səlahiyyətlərinin genişlənməsinə qarşı mitinqləri davam etdirməsinə çağırıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, yeni təşkilat Mursi hakimiyyətinin əleyhdarlarını birləşdirəcək və onların fəaliyyətini koordinasiya edəcək.
"Vətənin Xilası Cəbhəsi"nə "Misir konqresi" partiyasının lideri, prezidentliyə namizəd Əmr Musa, daha bir prezidentliyə namizəd nəsirçi Hamdin Sabbahi, MAQATE-nin sabiq direktoru, Konstitusiya Partiyasının sədri Məhəmməd əl-Baradeyi və "Müsəlman qardaşları"nın liderlərindən biri Abdel Moneym Abu əl-Futux təşkilata daxildirlər. "Vətənin Xilası Çəbhəsi" elan edib ki, Mursi özünə müstəsna səlahiyyətlərin verilməsinə dair qərar ləğv olunmayana qədər hakimiyyət ilə dialoq və heç bir əməkdaşlığa getməyəcək. Yeni təşkilatın rəhbərləri misirliləri mitinqləri davam etməyə çağırıblar. Mursinin bu qərarı ilə bağlı noyabrın 24-də Misir hakimləri tətil keçirib.
Elvin Abdulqədirov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB