Dəhşətli yanğın: 120 ölü

Banqladeşin paytaxtı Dəkkədə yerləşən geyim fabrikində dəhşətli yanğın olub. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, hadisə Dəkkənin Aşulia bölgəsindəki 9 mərtəbəli fabrikdə qeydə alınıb. Alovlardan qaçan işçilərdən bəziləri özlərini pəncərədən ataraq ağır yaralanıb. İçəridə qalan 120 işçi isə faciəvi şəkildə can verib. Dəkkənin Xilasetmə Təşkilatı isə ölü sayının artacağını açıqlayıb.

Qeyd edək ki, sentyabr ayında Pakistanda 2 müxtəlif fabrikdə baş verən yanğında 314 adam həlak olmuşdu.

Bütün xəbərlər Facebook səhifəmizdə