Ağ Ev Milad ağacını qəbul etdi

Ağ Ev Milad ağacını qəbul etdi

Milad bayramı ilə bağlı dünyanın əksər ölkələrində artıq hazırlıq tədbirləri başlayıb. SİA-nın məlumatına görə, belə ölkələrdən biri də Amerika Birləşmiş Ştatlarıdır. Ötən gün Ağ Ev rəsmiləri bu ilin Milad bayramı ağacını qəbul ediblər. Təntənəli mərasimdə ABŞ prezidenti Barak Obamanın xanımı Mişel Obama, qızları Saşa və Malya Obama da iştrak edib. Obama ailəsi yeni il ağacanı sevinclə qarşlayıblar və bununla da Ağ Evdə bayramın artıq başladığını bildirib.

Qeyd edək ki, Ağ Evi Milad bayramında istifadə olunacaq küknar ağacı ilə Milli Milad Bayramı Assosasiyası təmin edir. Hər il ənənəvi olaraq assosasiyanın xüsusi faytonu bunun üçün Şimali Karolina ştatından Vaşinqtona at çapır. Builki küknarın hündürlüyünün isə təxminən 5.80 metr olduğu bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə