"Yüksək hərarətli" sulara istiqamət var

"Yüksək hərarətli" sulara istiqamət var

"Türk tipi 6 flot" adlandırılan gəmi də daxil olmaqla 5 hərbi gəmidən ibarət olan Türk Dəniz Vəzifə Qrupu (TDGG) "yüksək hərarətli" sulara doğru hərəkət etməyə hazırlaşır.

SİA-nın verdiyi xəbərə görə, flotun əvvəlcə Suriya, İsrail və Cənubi Kipr Rəhbərliyi arasındakı "Bermud Üçbucağı"-nı xatırladan Şərqi Aralıq dənizində patrul vəzifəsində olacaq. Sonra isə Ədən Körfəzinə keçərək dəniz quldurlarına qarşı hərbi əməliyyatlara dəstək verməsi nəzərdə tutulub. Flotda Türkiyədə tikilən ilk hərbi gəmisi TCG-Heybeliadanın da iştirak etməsi planlaşdırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə