İran parlamentinin sədri Əli Laricani Suriya lideri Bəşər Əsədlə görüşdükdən sonra Türkiyəyə gəlib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, Ə.Laricaninin Türkiyə Baş naziri Rəcəb Tayyib Ərdoğanla görüşü gözlənilir.
Bir gün öncə Dəməşqdə B.Əsədlə görüşən İran parlamentinin sədrini bu ölkədə yerləşən konsulluq əməkdaşları qarşılayıb. İstanbulun Halqalı bölgəsində Aşura matəminə qatılan Ə.laricaninin bundan sonra baş nazirlə görüşü gözlənilir.
Elvin Abdulqədirov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB