Həsən Nəsrullah: "Fələstin ilk hərbi zəfərini qazandı"

Həsən Nəsrullah: "Fələstin ilk hərbi zəfərini qazandı"

İsrailin "Bulud Sütunu" adlı hücumlarında Fələstinin müqaviməti qırmaq cəhdi uğursuzluqla nəticələnib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bunu Hizbullah lideri Həsən Nəsrullah mətbuata açıqlamasında bildirib. İsrailin Qəzzaya son hücumlarını İkinci Livan müharibəsinə bənzədən Hizbullah lideri İsrailə qarşı əldə etdikləri qalibiyyət münasibətilə fələstinliləri təbrik edib. "Bundan sonra da birlikdə İsrailə qarşı müharibəmizi davam etdirəcəyik. İsrail nə vaxt səfərbərlik elan etsə, bu psixoloji müharibənin başlaması deməkdir. Çünki İsrail qurudan hücum etməyə hər zaman qorxub".

Həmçinin Hizbullah lideri bildirib ki, İsrail blokadada olan Qəzzaya qalib gələ bilmirsə başqa dövlətlərlə müharibədə vəziyyət daha acınacaqlı olacaq.

Elvin Abdulqədirov

Bütün xəbərlər Facebook səhifəmizdə