Pakistanda aşura qana boyandı

Pakistanın Dera İsmail Xan bölgəsində meydana gələn partlayış nəticəsində 7 nəfər ölüb. SİA-nın verdiyi xəbərə görə, zibil qutusuna yerləşdirilən bombanın partladılması nəticəsində 20 dən çox adam yaralanıb. Partlayışın həyata keçirilməsinə ilkin səbəb kimi matəm məclisinə yığışan şiələrin hədəf alıması göstərilir.

Pakistan Daxili İşlər naziri Rəhman Malik partlayışı həyata keçirənləri qınadığını və aşura günü boyunca təhlükəsizlik tədbirlərinin artıralacağının bildirib.

Elvin Abdulqədirov

Bütün xəbərlər Facebook səhifəmizdə