Çində dəhşətli partlayış:14 ölü

Çində dəhşətli partlayış:14 ölü

Çinin şimal-qərbindəki Şansi əyalətində yerləşən restoranda dəhşətli partlayış baş verib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, partlayış nəticəsində 14 nəfər ölüb, 47-si isə yaralanıb. Hadisə nəticəsində ikimərtəbəli bina sıradan çıxıb, yaxınlıqdakı tikililərə ziyan dəyib. Yaralananlardan 17 nəfərin vəziyyəti ağır olaraq qiymətləndirilir.

Elvin Abdulqədirov

Bütün xəbərlər Facebook səhifəmizdə