Türkiyə ilə İsrail arasında baş verən diplomatik böhranın aradan qaldırılması üçün iki ölkənin danışıqlara başladığı bildirilir. SİA-nın verdiyi xəbərə görə, bu barədə İsrailin Haaretz qəzeti məlumat yayıb. Qəzetin verdiyi xəbərdə bildirilir ki, İsrailin baş naziri Binyamin Netenyahunun köməkçisi Yozef Chechnover və Türkiyə Xarici İşlər nazirinin müşaviri Firidun Sinirlioğlu Cenevrədə görüşüblər.
Bu həftə ərzində keçirilən görüşdə diplomatik böhranın aradan qaldırılması üçün məsləhətləşmələr və iki ölkə arasında gərginliyə son qoyulması müzakirə mövzusu olub.
Qeyd edək ki, Türkiyə ilə İsrail arasında gərginlik 9 türk vətəndaşının qətlə yetirildiyi Mavi Mərmərə gəmisinə edilən basqından sonra pik nöqtəsinə çatmışdı. Türkiyə tərəfi münasibətlərin normallaşması üçün İsrailin üzr istəməsini, təzminat verməsini və Qəzzanın blokadasının aradan qaldırılmasını ilkin şərt kimi irəli sürüb.
Elvin Abdulqədirov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB