PKK-çılar məktəbi yandırdılar

PKK-çılar məktəbi yandırdılar

Şırnak vilayətində PKK tərəfdarları ilə polis arasında toqquşmalar olub

Türkiyənin Şırnak vilayətində ötən gecə PKK tərəfdarları ilə polis arasında toqquşmalar olub. PKK tərəfdarları barrikadalar quraraq, yolu bağlayıblar və fişəng və daşlarla polisə hücum edib. Polis üzü qapalı PKK tərəfdarlarına gözyaşardıcı qaz və su şırnağı ilə müdaxilə edib. Dağılışan PKK tərəfdarları gecə boyu müxtəlif vaxtlarda gizləndikləri küçələrdən çıxaraq polislərə hücumları davam etdiriblər.

PKK tərəfdarları mağazalara ziyan vurub və bir orta məktəbi də yandırıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə