Əfqanıstanda terror aktı törədilib

Əfqanıstanda terror aktı törədilib

Vardak əyalətində baş verən partlayışda arasında qadınlar və uşaqlar da olmaqla 40 nəfər zərər çəkib

Əfqanıstanın şərqində intiharçı tərəfindən törədilən partlayışda azı 40 nəfər zərər çəkib. Onların arasında qadınlar və uşaqlar da var. Vardak əyalətinin nümayəndəsi terrorun NATO və Əfqanıstan hərbçilərinin yerləşdiyi ərazidə baş verdiyini deyib.

Daha 2 nəfərin öldüyü bildirilir.

Terrorda məsuliyyəti Taliban hərəkatı öz üzərinə götürüb.

Bütün xəbərlər Facebook səhifəmizdə