Türklər məktəbdən qovulub

2004-cü ildə türk fənninin tədrisinin dayandırıldığı Hollandiyada, indi də məktəblərdə türkcə danışmaq qadağan edib. Bir çox orta məktəb rəhbərliklərinin aldığı qərar nəticəsində dərs saatları da daxil olmaqla məktəb bağçası, koridorlar, sinif və məktəb bufetlərində türkcə danışmaq qadağan olunub. Qoyulan qadağaya qarşı çıxaraq ana dillərini danışmağa davam edən şagirdlər məktəb qaydalarını pozduqlarına görə, məktəb rəhbərliyi tərəfindən məktəbdən uzaqlaşdırılır.

Paytaxt Amsterdam Cosmicus Montessori liseyinin şagirdi Denizhan Murad Törəsin məktəb rəhbərliyinin Türkcə danışma qadağasına uyğunlaşmadığına görə, liseydən qovulub. Törəsin sözlərinə görə, liseydə təxminən 500 şagird var: "Bu şagirdlərin 70%-i türkdü. Buna baxmayaraq şagirdlər öz ana dilində danışa bilmirlər. Əslində bu mövzuda danışmaq istəyən bir çox şagird var, amma onlar məktəbdən qovulacaqlarını bildiklərinə görə susurlar".

Bütün xəbərlər Facebook səhifəmizdə