Xarici mətbuatın verdiyi xəbərə görə, Qəzza zolağına "Müdafiə Sütun" u əməliyyatı adıyla 8 gün boyunca havadan və dənizdən bomba yağdıran İsrail Baş naziri Netanyahu, "Həmas" la atəşkəsi siyasi kariyerasının ən əhəmiyyətli hadisəsi olaraq göstərməyə çalışır.
İsrail mətbuatı isə, Netanyahudan çox fərqli düşünür. İsrail mətbuatında verilən xəbərlərdə, 8 gün davam edən döyüşün qalibi olaraq Həmas və Misir prezidenti Məhəmməd Mursi elan edilib. Netanyahunun atəşkəsi fərdi müvəffəqiyyəti olaraq elan etməsini qiymətləndirən Jerusalem Post qəzeti, "İsrail döyüşü qazandı çünki çox parlaq bir Baş naziri var. Buna görə 22 noyabrdakı seçkilərdə xalq səsini ona verməlidi. Hərbi əməliyyat bitdi, indi seçki döyüşü başladı" sözləri ilə Netanyahuya sərt tənqidlər yönəldib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB