Rusiya Türkiyəni hədələdi

Rusiyadan Türkiyəyə növbəti sərt və təhdid kimi səslənən xəbərdarlıq gəldi. Rusiya Türkiyənin Suriya ilə sərhədinə yerləşdirməyi planlaşdırdığı "Patriot" raketlərinə görə bu ölkəyə xəbərdarlıq edib.

"Bu raket sistemlərinin Suriya sərhəddində yerləşdirilməsi sülhün əldə edilməsinə heç bir fayda verməyəcək", Rusiya rəsmi dairələrindən mətbuata sızan xəbərlər bundan ibarətdir.

Pakistanda rəsmi səfərdə olan Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan isə bu məsələyə geniş şərh verməkdən imtina edib. O, raketlərin hara yerləşdiriləcəyi məsələsini Türkiyə Silahlı Qüvvələrinin rəhbərliyinin müəyyən edəcəyini söyləməklə kifayətlənib.

Bütün xəbərlər Facebook səhifəmizdə