Qatilə ağılasığmaz cəza

Adam öldürdüyünə görə 448 il həbs cəzası aldı

Bir neçə müddət bundan öncə Meksika sərhədində baş verən hadisə bütün dünyanın şoka salmışdı. Belə ki, qvatemalalı Viktor Hüqo Morales adlı cani 17 nəfəri qətlə yetirmişdi. Qvatemala məhkəməsi artıq Morales barəsində hökm oxuyub. Məhkəmənin qərarı ilə Morales hər öldürdüyü adama görə 25 il və qanunsuz silah saxladığına görə isə 23 il azadlıqdan məhrum edilib. Məhkəmə ümumilikdə qatil barəsində 448 il həbs qərarı çıxarıb.

2010-cu ildə keçirilən məhkəmə prosesində Morales barəsində 60 illik həbs cəzası çıxarılmışdı. Lakin bu cəza hökmü növbəti məhkəmə instansiya tərəfindən dəyişdirilərək 448 il edilib.

Qeyd edək ki, narkotik qaçaqmalçısı olan Morales 2008-ci ildə Meksikanın paytaxtından 350 kilometr aralıda yerləşən Santa Huista qəsəbəsində 17 nəfəri odlu silahla qətlə yetirmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə