Məhkəməni qana buladı

Rusiyanın paytaxtı Moskvada məhkəmə əsnasında iki vəkil bir-birilə yumruqlaşıb. Qarşı tərəfin vəkilinin verdiyi sualdan narahat olan digər vəkil həmkarına yumruqlarla hücum edib.

Məşhur rus aktyorlarından birinin qardaşının mühakiməsi zamanı iddiaçı tərəfi təmsil edən vəkil Ardam Tumişev qarşı tərəfin vəkilinin verdiyi suala əsəbiləşib. Məhkəmədəki təhlükəsizlik kamerasının saniyəsinə qədər çəkdiyi görüntülərdə Tumişevin şikayətçi vəkil-Boris Yanvarevə qələm atdığı nümayiş olunub. Bundan sonra yerindən qalxan Tumişev həmkarına hücum edərək ağızını və gözünü qan içində buraxıb.

Uzun müddət vəkili yumruqlayan Tumişev onları ayırmağa çalışan hakim və məhkəmə iştirakçıları tərəfindən sakitləşdirilib. Hadisədə üzündən xəsarət alan Yanvarev xəstəxanaya, nəzarətə alınan Tumişev isə polis bölməsinə aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə