İran İaraili qınadı

Fars xəbər agentliyinin xəbərinə görə, İranın milli məclisinin spikeri Əli Laricani bu gün məclis qarşısında millət vəkilləriylə birlikdə "Fələstin xalqı ilə həmrəylik və İsraili qınayırıq" adlı aksiya keçirib. Laricani jurnalistlərə verdiyi açıqlamada, İsrailin Fələstin xalqına qarşı yeni hücumlarını strateji səhv adlandırıb. Bildirib ki, sionist rejim bu döyüşdən ciddi ziyanlarla çıxacaq.

Ən çətin vəziyyətlərdə belə Fələstin xalqının yanında olacağını vurğulayan Laricani: "Fələstin xalqına maddi və canlı hərbi qüvvələrlə kömək etməkdən qürur duyuruq"- deyib. Ərəb ölkələrindən fələstinlilərə həqiqi mənada kömək etmələrini istəyən Laricani bildirib ki, Fələstin xalqının konfranslara və iclaslara deyil, real köməyə ehtiyacı var.

Bütün xəbərlər Facebook səhifəmizdə