İran parlamentinin spikeri Əli Laricani ərəb ölkələrini Qəzza sektorunun sakinlərinə dəstək göstərməyə, həmçinin, hərbi yardım etməyə çağırıb
"Biz bütün ərəb ölkələrinin yalnız görüşlər keçirdiyi bir vaxtda Fələstin xalqına hərbi yardım göstərdiyimizə görə fəxr edirik. Fələstin xalqına məruzələr və görüşlər lazım deyil", - Laricani qeyd edib.
Bu gün İran deputatları Tehranda antiisrail aksiyaları keçiriblər. Aksiyalar zamanı Laricani Misir səfirliyinin nümayəndəsindən İran parlamentarilərinin Qəzza sektoruna göndərilməsində kömək etməyi xahiş edib.
"Tabnak" saytı bunadək Laricaninin bəyanatını yaymışdı. Bəyanatda deyilirdi ki, ərəb ölkələri müsəlmanların bir-biri ilə mübarizə apardığı Suriyaya silah tədarük etmək əvəzinə İsrailə qarşı mübarizədə Fələstin xalqına kömək etməlidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB