Parlament sədri Əli Laricani bildirib ki, İran dövləti Fələstin xalqını müdafiə etdiyi üçün qürur duyur
İran parlamentinin sədri Əli Laricani ölkəsinin səkkiz gündür İsrailin bombardman etdiyi Qəzzaya hərbi yardım göndərdiyini açıqlayıb. Mövzu ilə bağlı Əli Laricani bildirib ki, İran dövləti Fələstin xalqını müdafiə etdiyi üçün qürur duyur. "Həmas təşkilatı və Fələstin xalqını müdafiə etdiyimiz üçün fəxr edirik. Qəzzaya həm maliyyə, həm də hərbi yardım göndərmişik.",-deyə Əli Laricani əlavə edib.
Qeyd edək ki, İran parlamentinin sədri gələn həftə Türkiyə dövlət rəsmiləri ilə görüşmək üçün Ankaraya səfər edəcək. Cümə axşamı günü Ankaraya gələcək Laricani Türkiyə rəsmiləri ilə Suriya və Qəzza mövzusunda müzakirələr aparacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB