Yeni Zelandiyadakı Tongariro yanardağının təxminən 3,5 ay sonra yenidən fəaliyyətə keçdiyi və 3 kilometr hündürlüyə qədər tüstü və kül püskürdüyü bildirilib.
Mütəxəssislər Şimal Adasındakı yanardağın fəaliyyətə keçməsinin ardınca hər hansı bir ziyanın olmadığını, yolların bu səbəbdən bağlanmadığını, təyyarələr üçün də hələ heç bir xəbərdarlıq edilmədiyini söyləyiblər.
Alim Tony Hurst da avqust ayında baş verən partlayışın ardınca bu yeni partlayışı gözləmədiklərini deyib. Hurst, tünd rəng külün yer dərinliklərindəki maqma təzyiqinin göstəricisi olduğunu bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB