Cəsədləri küçələrdə sürüyüblər

Cəsədləri küçələrdə sürüyüblər

İsrailin Qəzzəyə hücumlarında döyüşün dəhşətini ortaya çıxaran görünüşlər mediyada əks olunmağa başlayıb. İsraillilərlə əməkdaşlıq etdiyindən şübhələnilən fələstinlilərin başına gələn hadisələr də bunlara nümunədir. Şahidlərin dediyinə görə, Həmas xadimləri İsrailin əməliyyatlarına texniki dəstək təmin etdiyi iddia edilən 6 nəfəri edam etdirib. Onlardan beşinin cəsədi yan-yana qoyularkən altıncının cəsədi bir motoskletin arxasına bağlanaraq şəhər küçələrində nümayiş edilib.

Eyni zamanda cəsədlərin üzərinə "Əzələysəm Briqadaları xainləri bağışlamaz" yazısı əks olunan plakatlar vurulub.

Bütün xəbərlər Facebook səhifəmizdə