Suriya prezidenti Fidel Kastroya ismarış göndərib
Bəşər Əsəd Kubaya qaçacaq

Suriya prezidenti Bəşər Əsəd müxalifət üzərinə təzyiqlərini artırdıqca Qərbin və Ərəb Ölkələri Liqasının adekvat hücumlarına tuş gəlir. Artıq Suriya prezidentinin taleyinin həll olunduğu barədə fikirlər səslənir. Düzdür, Bəşər Əsəd hərbi əməliyyatları ilə hələ də bu ölkənin prezidenti olduğunu, bütün ölkəyə nəzarət etdiyini bildirsə də, necə deyərlər, bir ayağı qaçmaq üçün startdadır.

Kuba prezidenti Fidel Kastroya B.Əsədin gizli ismarış göndərməsi də deyilənləri sübuta yetirir. Bu barədə məlumatı yayan Kubanın "Prensa Latina" agentliyi Suriya xarici işlər nazirinin müavini Faysal Mikdadla Kuba prezidentinin köməkçisi Xose Ramon Maçao Venturanın paytaxt Havannada görüşdüyünü qeyd edib. İsmarışın təfərrüatları məxfi saxlanılsa da görüşdə xarici müdaxilə olmadan Suriyanın öz müqəddəratını təyin etmək hüququ, son günlər Yaxın Şərqdə baş verənlər, Dəməşq və Havanna arasında münasibətlərin qüvvətləndirilməsi məsələlərinin müzakirə olunduğu bildirilir.

Xatırladaq ki, rəsmi Havanna daha əvvəl Suriyanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyünə istiqamətlənmiş əməliyyatlara və xarici müdaxilələrə etirazını bildirmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə