Rusiyanın Yaponiya sərhədindəki Vladivostok şəhərində liseydə oxuyan 4 qız şagird özlərindən bir yaş kiçik qız şagirdi döyüb. Hadisədən dərhal sonra prokurorluq məsələni araşdırmağa başlayıb. Məlum olub ki, qızlar bu hadisəni öz fiziki gücünü göstərmək və internetdə məşhur olmaq məqsədilə reallaşdırıblar.
Şagirdi döyərək hadisəni görüntüləyib internetdə yerləşdirən "məhşur şagirdlərin" valideynləri Vladivostok Polis şöbəsinə çağrılaraq ifadələri alınıb. Polisdən verilən açıqlamaya görə, 15 yaşındakı şagirdlər Vladivostokun elit məktəbində təhsil alırlar. Bildirilib ki, qanun çərçivəsində 16 yaşından kiçik olan yeniyetmələrə bu cür hadisələrdə iddia açılmır. Lakin xəsarət çox olarsa, bu vəziyyətdə 14 yaşından yuxarı hər bir şəx məsuliyyət daşıyır.
Qeyd edək ki, baş verən hadisə Rusiya mətbuatında geniş əks-sədaya səbəb olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB