Ermənistandan köçənlər geri qayıtmır

Ermənistandan köçənlər geri qayıtmır

Bu ilin ilk on ayı ərzində Ermənistandan 1 milyon 880 min adam köçərək, 1 milyon 791 min nəfər ölkəyə gəlib. Bu barədə Ermənistanın "Aykakan jamanak" qəzeti yazır. Qəzetin dərc etdiyi Ermənistan Dövlət Miqrasiya Xidmətinin məlumatına görə, mənfi saldo 88 min 241 nəfər təşkil etmişdir".

"Aykakan jamanak" yazır: "Mənfi saldo, yəni, ölkədən gedib qayıtmayanların sayı ötən ilin müvafiq dövründə təxminən 81,5 min nəfər olmuşdur. Başqa sözlə, ötən illə müqayisədə mənfi saldo 6,7 min nəfər artıb".

Bütün xəbərlər Facebook səhifəmizdə