Klinton İsrailə gedir

ABŞ-ın baş katibi Hillari Klinton İsrailin Qəzzaya hücumları ilə bağlı məsələni müzakirə etmək üçün bu gün İsrailə gedəcək. İsrailin "Haaretz" qəzeti Klintonun cəbhə bölgəsindəki vəziyyətlə bağlı İsrailə gedəcəyi barəsində xəbər dərc etdirib. Klintonun səfərində əsas məqsəd İsrailin Qəzzaya hücumlarını müzakirə etmək və atəşkəsin təmin edilməsi üçün danışıqlar aparmaq olacaq.

Baş katibin səfəri çərçivəsində sabah İsrailin dövlət başçısı Şimon Peres, baş naziri Benyamin Netanyahu, müdafiə naziri Ehud Barak və xarici işlər naziri Avigdor Liberman ilə görüşü gözlənilir.

Eyni zamanda bu gün BMT icra katibi Pan Gi Mun da İsrailə səfər edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə