Məmməd Görməz: “Qəzza dövrümüzün Kərbəlasıdır”

Məmməd Görməz: “Qəzza dövrümüzün Kərbəlasıdır”

Türkiyənin Dini İşlər İdarəsinin başçısı, professor Görməz bu günümüzün Kərbəlasına çevrilən Qəzzada bəşəriyyətə qarşı törədilən qətliamların dayandırılması ilə bağlı bütün dünyaya səslənib.

SİA-nın Anadolu Agentliyinə istinadən verdiyi məlumata görə, bunu Prof. Dr. Məmməd Görməz İstanbulun Hilton Otelində təşkil edilən ''Ənənədən Gələcəyə Avrasiyanın İslam Üfüqü'' adlı konfransda çıxışı zamanı bildirib.

''Biz Məhərrəm ayındayıq. Aşuranın ərəfəsindəyik. Çağımızın Kərbəlasına çevrilən Qəzzaya və Qəzza xalqına istiqamətlənmiş insanlıqdan xaric hücumların bir an əvvəl bitməsini xahiş edirəm'', - deyən Görməz son 2 ildə həyatlarını itirənlərə də Allahdan rəhmət diləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə