Myanmaya səfər edən ABŞ dövlət başçısı Barak Obama ABŞ-ın Myanma xalqı ilə birlikdə olduğunu deyib. SİA-nın türk mətbuatına istinadan verdiyi məlumata görə, Myanmanın Yangon Universitetində çıxış edərkən, Obama Myanma xalqına səslənərək: ''Siz bizə ümid verdiniz'' -deyib. Obama həmçinin Myanmada demokratiyanın inkişaf etdirilməsində bu ölkəyə kömək edəcəklərini bildirib. Tayland səfərinin ardınca Myanmaya gələn Obama bu ölkənin Dövlət Başçısı Thein Sein və Nobel mükafatı almış müxalifət lideri Aung San Sus ilə görüşüb.
Qeyd edək ki, Obama Myanmadakı görüşmələri başa çatdıqdan sonra Kambocaya səfər edəcək.
Ömər Xıdırov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB