120 nəfər nəzarətdədir

İsrail Qəzza xalqı ilə həmrəylik nümayişləri təşkil etdikləri üçün əksəriyyəti uşaq olmaqla 120 fələstinlini Qərbi Şəriyədə nəzarət altına götürüb. SİA-nın türk mətbuatına istinadan verdiyi məlumata görə, Fələstin Hökuməti nəzarətə alınan 120 fələstinlinin İsrail əsgərləri tərəfindən döyüldüyü və onlarla pis rəftar edildiyini bildirib. Etirazçıların düşərgədəki pis vəziyyətlə bağlı aclıq aksiyasına başladığı da qeyd olunub.

Ömər Xıdırov

Bütün xəbərlər Facebook səhifəmizdə