1495 kiloqram narkotik ələ keçirilib

1495 kiloqram narkotik ələ keçirilib

Əfqanıstanın Daxili İşlər Nazirliyindən verilən açıqlamaya görə, əfqan polisi və ölkədə vəzifə yerinə yetirən koalisiya xidmətinə bağlı birliklər tərəfindən son 24 saat müddətində icra edilən əməliyyatlarda 9 Talibanın öldürüldüyü bildirilib. Kunarha, Qəbil, Faryab, Kandahar, Orzgan, Daekundi, Fərah və Həmənd vilayətlərində keçirilən əməliyyatlarda 20 Taliban üzvünün isə sağ ələ keçərildiyi qeyd olunub.

Bu vaxt Bedahşan vilayətinin Tegab qəsəbəsində Taliban tərəfindən hazırlanan 5 bombanın təhlükəsizlik xidməti tərəfindən zərərsizləşdirildiyi bildirilib. Əməliyyatlarda 1495 kiloqram narkotik və müxtəlif silahlar təhlükəsizlik xidməti tərəfindən ələ keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə