Qəzzada bir gündə on uşaq ölüb

Qəzzada bir gündə on uşaq ölüb

İsrailin "Bulud Sütunu" əməliyyatının beşinci günündə Qəzzada şiddətin ortasında qalan on uşaq həyatını itirib. SİA-nın verdiyi məlumata görə, Qəzzadan da Təl Əvivə raketlər atılmaqda davam edir.

Artıq beşinci gündür ki davam edən əməliyyat atəşkəsinh yaranmasına çalışsa da hələ də qarşılıqlı hücumlar davam edir. Qəzzaya hava və dənizdən təşkil edilən hücumlarda ölü sayı 69-a çatıb, yaralı sayı isə 600-ü keçib. Hücumlar nəticəsində ən böyük itkilər isə yenə qarşıdurmanın ortasında qalan uşaqlar olub. Qəzzada 10 uşaq ölüb, bununla da beş gündə ölən uşaq sayı 20-yə qalxıb. Qəzza Səhiyyə Departamentindən verilən xəbərə görə, üç körpə və başına şarapnel parçaları batan 13 yaşlı bir qız uşağı həyatını itirib. Ötən gün axşam Qəzzada iki mərtəbəli evə raket atılması nəticəsində eyni ailədən dörd körpə və beş qadın ölüb.

Bütün xəbərlər Facebook səhifəmizdə