İsrailin hücumları 8 nəfərin həyatına son qoydu

İsrailin hücumları 8 nəfərin həyatına son qoydu

İsrailin Fələstinin Qəzza bölgəsinə raket zərbələri davam edib. SİA-nın məlumatına görə, sonuncu hücumlar zamanı azı 8 nəfər öldürülüb. Son 4 gündür ki, davam edən hücumlarda ölənlərin sayı 40-a çatıb. İsrail tərəfinin verdiyi məlumatda HƏMAS qüvvələrinin son 4 gündə İsrailə 200-dən çox raket atdığı, lakin raketlərin müdafiə sistemləri ilə zərərsizləşdirildiyi bildirilir. Məlumata görə, HƏMAS ötən gün yenidən paytaxt Tel Əvivə hücum etməyə cəhd edib. Lakin raketlər yerə düşməmiş fəzada zərərsizləşdirilib. Şəhər əhalisinə isə raket təhlükəsi ilə bağlı hər ehtimala qarşı həyəcan siqnalı ilə xəbərdarlıq edilir.

Cənub bölgəsi üzrə əməliyyatlara rəhbərlik edən general mayor Təl Russo bildirib ki, HƏMAS qüvvələri ağır silahlarını mülkilərin evlərindən gizlədiblər. "Terroçuları vurmaq asan deyil, biz mülkilərə zərər dəyməsini istəmirik".

İsrailin Qəzza bölgəsinə hücumu Türkiyə və Avropa ölkələrində etirazlara səbəb olub. Türkiyənin İstanbul şəhərində, həmçinin, Fransanın paytaxtı Parisdə, İngiltərənin paytaxtı London və İtaliyanın paytaxtı Romada baş tutan aksiyalara yüzlərlə insan qatılıb. Aksiya iştrakçıları hər iki tərəfi zorakılığa son qoymağa və problemlərin diplomatik yollarla həllinə çağırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə